Tuesday 14 February 2012

Seçki platformam


Qısa tərcümeyi-halım

1987-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi Gəncədə oxumuşam və 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasınin "İqtisadiyyat, BİM və Menecment" fakultəsinə daxil olmuşam. II kursda oxuyanda ictimai-siyasi fəaliyyətimə görə akademiyadan xaric olunmuşam. 2008-ci ildə yenidən imtahan verərək Azərbaycan Turizm İnstitutuna qəbul olmuşam. 

İndiyə qədərki fəaliyyətim:

2005-ci ildən ictimai-siyasi sektordayam. İlk fəaliyyətim Dalğa Gənclər Hərəkatından başlayıb.

2006-cı ilin oktyabrında həmin hərəkatın sədri seçilmişəm və 2007-ci ilin oktyabrına qədər təşkilatda olan aktiv gənclərlə bir il müddətində təşkiatın tanınması, gənclərin aktivliyinin artırılması üçün müəyyən qədər işlər gördük.


2008-cu ildə bir qrup gənclə Yaşıl Velosipedçilər Klubunu yaratdıq və il yarım YVK-nın İdarə heyyətinin üzvü oldum.

2010-cu ilin aprelindən dekabrınadək Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin regionlarla iş üzrə meneceri işləmişəm.

2011-ci ilin yanvarında da 5 tələbə ilə Azad Gənclik Təşkilatını təsis etdik və 2012-ci ilin yanvarına qədər təşkilatın sədri oldum.

Hazırda Azərbaycan Turizm İnstitutunda təhsil alıram və institutumuzu hüquqlarımı pozduğuna görə məhkəməyə vermişəm :). 

Sədr seçiləcəyim halda fəaliyyətimin qısa təsviri:


-         İndiyə qədərki işlərin davam etdirilməsi və təkmilləşdirilməsi:
  • Mühazirələr;
  • Film Nümayişləri;
  • Videoroliklər, sorğular;
  • Flaşmoblar;
  • Aksiyalar
  • Kitab müzakirələri;
  • "Twitterdə cavab verəcəm" kampaniyası;
  • Party-lərin təşkil olunması;
  • ictimai-siyasi, ədəbi, incəsənət, artla bağlı məqalələrin, yazıların tərcümə edilərək yayılması;

-        Gənc qadınların aktivliyinin artırılması;

-        Gənclərin tribunası olacaq bir saytın yaradılması;
Bununla bağlı müəyyən işlər görülüb, demək olar ki, yalnız texniki məsələlər qalıb.

-        Beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi;

-        Üzvlərin bilik və bacarıqlarının artırılması ilə bağlı təlimlərin, treyninqlərin təşkil edilməsi;
Bununla bağlı artıq bir neçə yerli QHT nümayəndələri ilə danışıqlar olub.

-        Fəaliyyətin davamlı olması üçün maliyyənin cəlb olunması;
Hazırda bəzi layihələrin ideyaları üzərində iş gedir.

-        Strukturdakı boşluqların doldurulması və daha təşkil olunmuş fəaliyyət:
Struktur işlək olmasa komanda işindən danışmaq yersizdir. Ona görə mənim əsas məqsədlərimdən biri də işlək bir strukturun yaradılmasıdır.

-        Cəmiyyətə yeni simaların, kadrların təqdim olunması;

-        İndiyə qədərki təcrübəmdə qazandığım əlaqələrdən, tanışlıqlardan istifadə edərək təşkilatın tanınmasına, fəaliyyətinin genişlənməsinə, daha çox insanın dəstəyinin qazanılmasına çalışacağam;

-        Regionlarda təşkilatın strukturlarının yaradılması istiqamətində iş görmək;

-      Təşkilatın indiyə qədər əsas istiqaməti maarifləndirilmə idi, bundan sonra da əsas istiqamət maarifləndirmə olacaq. 

No comments:

Post a Comment