Sunday 18 November 2012

Mehman Hüseynov, Səyyad Əlizadə və Turxan Qarışqa. İnternetin gücü

Daima internetin ziyanlarınnan dəm vuran TV-lər indi onun dalınca düşüblər 

İstəyirəm bu gün ATV-də Mehmanın iştirak elədiyi verilişlə bağlı bir-iki fikrimi yazım.

Mehman hazırladığı möhtəşəm videolardan biri ilə yenə gündəmdə idi və onu ATV verilişə çağırmışdı. 

Mehman həmişəki kimi öz havasında idi. Hər yerə gecikdiyi kimi, verilişə də gecikmişdi. Efir canlı idi, aparıcı da deyirdi ki 1 dəqiqəyə gəlir. Day o bilmirdi ki, 1 dəqiqə Mehman üçün 15-20, yarım saatdır. Tanıyanlar bilir. Kiminlə görüş təyin edirsə, gecikəndə deyir 1 dəqiqəyə gəlirəm, amma yarım saata gəlir. Bu gün də ənənəsinnən geri qalmadı, Səyyad boyda saçına, saqqalına kraska qoyan kişini gözlətdi :D Əminəm ki, aparıcı verilişin başlamasına 10-15 dəqiqə qalmış zəng edib Mehmana, Mehman da həmin vaxtdan stiduyaya girdiyi vaxta qədər deyib ki, 1 dəqiqəyə çatıram :D.

Verilişə baxdım, bir neçə müşahidəmi yazıram.

Friday 13 April 2012

Türk - Vanyan, Luiza Poqosyan, erməni - Baycan, Əli Əkbər, Mirzoyev // VİDEO

Georgi Vanyan, Əli Əkbər
Seymur Baycan, Elmir Mirzoyev

İki əkiz ölkə, rejim və xalq 


Dünən Ermənistanda baş verən hadisədən yəqin ki çox adamın xəbəri var. Olmayanların da yazının gedişində xəbərləri olacaq. 

Azərbaycanda olduğu kimi, Ermənistanda da sülh tərəfdarı olan, insanların ölmələrini, it kimi bir-birlərini didməmələrini, minlərlə insanın avtoritar hakimiyyətlərin oyunlarının qurbanı olmamalarını, bu mənasız müharibələrə sərf olunan enerjinin inkişafa, tərəqqiyə sərf olunmasını istəyən, ağlı başında, intellektual, ziyalı insanlar var. Bu insanlardan biri də Cənubi Qafqazda tanınmış erməni hüquq müdafiəçisi, rejissor, yazar, “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nin rəhbəri Georgi Vanyandır. 

Tuesday 14 February 2012

Seçki platformam


Qısa tərcümeyi-halım

1987-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi Gəncədə oxumuşam və 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasınin "İqtisadiyyat, BİM və Menecment" fakultəsinə daxil olmuşam. II kursda oxuyanda ictimai-siyasi fəaliyyətimə görə akademiyadan xaric olunmuşam. 2008-ci ildə yenidən imtahan verərək Azərbaycan Turizm İnstitutuna qəbul olmuşam. 

İndiyə qədərki fəaliyyətim:

2005-ci ildən ictimai-siyasi sektordayam. İlk fəaliyyətim Dalğa Gənclər Hərəkatından başlayıb.

2006-cı ilin oktyabrında həmin hərəkatın sədri seçilmişəm və 2007-ci ilin oktyabrına qədər təşkilatda olan aktiv gənclərlə bir il müddətində təşkiatın tanınması, gənclərin aktivliyinin artırılması üçün müəyyən qədər işlər gördük.


2008-cu ildə bir qrup gənclə Yaşıl Velosipedçilər Klubunu yaratdıq və il yarım YVK-nın İdarə heyyətinin üzvü oldum.

2010-cu ilin aprelindən dekabrınadək Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin regionlarla iş üzrə meneceri işləmişəm.

2011-ci ilin yanvarında da 5 tələbə ilə Azad Gənclik Təşkilatını təsis etdik və 2012-ci ilin yanvarına qədər təşkilatın sədri oldum.

Hazırda Azərbaycan Turizm İnstitutunda təhsil alıram və institutumuzu hüquqlarımı pozduğuna görə məhkəməyə vermişəm :). 

Sədr seçiləcəyim halda fəaliyyətimin qısa təsviri:

Sunday 5 February 2012

"Gəncədən gəlirəm, ..." silsiləsindən - Eşitdiklərim, gördüklərim

Təməli qanunsuz mülk söküntüləri ilə qoyulan məhkəmələrimiz


Gəncədə Nizami Rayon Məhkəməsinə yeni bina tikdilər. Tikinti məhkəmənin əvvəlki ərazisində başlamışdı. Sonra binanın yanında olan özəl mülkləri (mağazalar) də sökməyə başladılar ki, məhkəmə binasının görünüşünə mənfi təsir edir. Gəncədə işin içində olan bir adamın dediyinə görə mülk sahiblərinin sənədləri qaydasında imiş və sahibkarların etirazlarına baxmayaraq mülklər sökülüb.

Bu məsələ ilə baglı bir dostumla söhbətləşirdik. Mən də dedim ki, mülk sahibləri icra hakimiyyətini, aidiyyatı qurumları məhkəməyə versinlər, ən pis halda Avropa Məhkəməsində öz xeyirlərinə nəticə əldə edəcəklər. Sonra ortaya paradoksal bir vəziyyət çıxdı. O mülk sahiblərinin müraciət ətməlı olduğu məhkəmə elə onların evlərinin sökülməsinə səbəb olan məhkəmədir. Adam mülkünün sökülməsinə səbəb olan məhkəməyə söküntünün qanunsuz olması barədə şikayət etməlidir.

Sunday 29 January 2012

Qlamur tarixi abidələrimiz və vətənşüvənlərimiz

Tarixi abidələri dağıdırlar, şumlayırlar, guya restovrasiya edirlər. İçərişəhərdə artıq tarix adına heçnə qalmayıb. Yerlərində qlamur kafelər, otellər tikilir. Birazdan qala divarlarını da qlamurlaşdıracaqlar.

Tuesday 17 January 2012

Polis xalqdandırmı? // VİDEO

Bu yaxınlarda yazdığım bloq qeydinə təkrar göz atanda fikirləşdim ki, mən niyə bu yazının adını "Mənim polisim məni bezdirib" qoymuşam? Axı bu polislərin mənə, bizə, insanlığa, ədalətə heç bir aidiyyatı yoxdur. İndiyə qədər nə vaxt bu qarınlı dayılar, qolu zorbalı ataabdullayevlər, barmaqsındıran süleymannemətovlar, mitinq qəhrəmanı vilayəteyvazovlar sadə vətəndaşların hüquqlarını qoruyub, təhlükəsizliklərini təmin ediblər? 2003-cü, 2005-ci illərdəki mitinqlərdən videolara baxanda dəhşətə gəlirəm. Sona qədər baxa bilmirəm.


Bu il baş verən bir qısa hadisəni yazmaq istəyirəm. Keçən il 30 apreldə ADNA-da baş verən terror hadisəsi ilə bagli  Azad Gənclik Təşkilatı,  Nida Vətəndaş Hərəkatı və 10 Dekabr Gənclər Təşkilatı anım təşkil etmişdi. Amma DİN əvvəldən elan etdiyimiz tədbirə mitinq adı qoyub anım keçirməyimizə əngəl yaratmaq istəyirdi (halbuki, mitinq keçirmək də bizim konstitusion hüququmuzdur). Biz də məcbur olub DİN-ə müraciət etdik ki, biz anım təşkil edirik, siz də bizim təhlükəsizliyimizi təmin edin. Müraciəti göndərəndən 2-3 gün sonra müraciətə imza atanlara Daxili İşlər Nazirliyindən zəng edib cavab verdilər guya. Bir polkovnik mənə zəng elədi və salam, sağ oldan sonra (nə yaxşı ki, onu etdi, gözləmirdim) dedi:

Thursday 12 January 2012

Ölkə daxilində olar, xaricdə olmaz, açması nədir? - Azərbaycan həqiqətləri!

"Mən ümumiyyətlə Azərbaycan kanallarına baxmıram"

Etiraf etmək lazımdır ki, AzTV 18 ildir öz işini layiqincə yerine yetirir. Hakimiyyətin propaqandası, korrupsiyaya bulaşmış təhsil sistemi yaratmaqla müəyyən bir manqurt təbəqə yetişib ki, Pider TV-nin, PAzTV-nin təsiri altındadırlar. Özləri bunu etiraf etməsə də, başqalarının yanında "Mən ümumiyyətlə Azərbaycan kanallarına baxmıram" desələr də, ağızlarını açıb "paztv" dili ilə danışmağa başlayanda hər şey aydın olur.
 


Elə bilirdim bu söhbətlər səngiyib. Amma son zamanlar bir neçə dəfə yenidən eşidənnən sonra fikirləşdim ki, hələ də aktualdı bu tezislər. Oğru yappilərin "həqiqət çemodanları"nda olan tezislərdən biri də budur: "Ölkə daxilində iqtidarı nə qədər tənqid edirsiz edin, amma xarici ölkələrə gedəndə hakimiyyəti tənqid edib, ölkədəki problemləri dilə gətirmək olmaz. Bu ölkənin imicinə zərbədir. Vətənimiz, canımız, qanımız Azərbaycanımız xaricdə pis tanınmasın."