Thursday 8 September 2011

Rauf Mardiyevin müridləri

#twitterdecavabverecem silsiləsindən II yazı
Raufun  twitter-dəki  hadisəyə səbəb olan postu

Son günlərin demək olar ki, ən çox danışılan söhbət "Bloqosfer"dəki "Mən buna twitterdə cavab verəcəm" hadisəsidir. İrəli əlində olan media resusrlarından istifadə edərək Raufu təmizə çıxartmaq istəyir, Bloqosferi isə günahkar çıxartmaq istəyirlər (Halbuki Bloqosfer təşkilatçılarının məsələyə dəxli yoxdur. Onlar kifayət qədər tərəfsiz qalmağa çalışırlar). Gah radiolarında kimlərisə danışırdırırlar, gah saytlarında münasibət alırlar, gah da bloqlarında yazırlar. Guya iştirakçı kimi münasibət bildirirlər. Hətta İrəlinin bir dahisi belə bir münasibət bildirib: Bu müxalif fikirli gənclərin dözümsüzlüyünün və qərəzliliyinin pərdələnmiş formada nümayişi. Bu irəliçi hətta müsahibəsində deyib ki, Rauf Bloqosferi klounada adlandırmayıb. Forum başlayanda "Klounada başlayır" yazmaq nə deməkdir bəs? 


Nə əcəbsə Mehmandan da münasibət almağa qanacağı çatıb bu saytın (Nə qədər qeyri-peşəkar xəbər saytı olduğunu hamı bilir). 

Bu qədər adam niyə Rauf Rayın yerinə danışır, mən onu başa düşmürəm. Rauf mən bildiyimcə  özü camaata danışmağı öyrədir. Baş katib özü o videoya hələ Bloqosferdə olanda baxıb. Hətta biz video çəkilən gün axşam kotteclərin qabağında 9-10 nəfər toplaşıb o videoya baxanda, katib və bir neçə irəliçi gəldilər yanımıza, güldülər, salamlaşdılar, ordan-burdan danışdılar, sonra da hər kəs dağılışdı bir tərəfə. Raufun özünün nə sözü varıydısa deyə bilmirdi? Ağzı-dili yoxdu Mardiyevin? İndi kiçik qəhrəmanlar onun yerinə cavab verirlər. 

Ondan başqa hər kəs danışır. Raufun sözü yoxdur deməyə. Ona qarşı qərəz, səhv olsaydı elə özü orda deyərdi bizə. Demədi,  çünki hadisənin səbəbkarı özü idi. Raufun yerinə indi danışanlar, yazanlardan kimsə olsaydı twitterdə məlum haştaq trend olanda başını götürüb qaçardı. Rauf bir az dözümlü olduğuna görə axşama qədər dözdü, axşam qaçdı =). Forumun ikinci gününə qalmadı baş katib. Ona görə, vallah, ətrafındakılar da Rauf kimi sakit məsələnin üstündən keçsə daha məqsədəuyğun olar =)).

1 comment:

  1. Girəliçilik bunların qanında var. Raufu təmiz çıxartmaq üçün yazdıqları o postlar, rəylər və s. yaltaqlıqdandır.

    ReplyDelete