Wednesday 20 July 2011

Hakimiyyətlə, yoxsa valideynlərlə mübarizə aparaq?

Azərbaycanda valideynlər gənclərin demokratiya uğrunda fəaliyyətlərinin qarşısını almaqçün hər vasitəyə əl atırlar. Ürəklərində, evdə, kiçik çevrələrdə hakimiyyətin əleyhinə danışan, pıçıldaşan, YAParteidlərdən narazı olan bu təbəqə gənclərin avtoritarizmə qarşı etdiyi hərəkətlərə gələndə onu ciddi cəhdlə əngəlləməyə çalışırlar. Belə də əsaslandırırlar ki, "övladım mənim canım-ciyərimdi, istəmirəm ona ziyan gəlsin". 


Hər kəs öz övladını çəksin ki, istəmirəm övladım ziyan çəksin. Bəs onda kim mübarizə aparmalıdır, kim fəaliyyət göstərməlidir? 
Bu ölkənin gələcəyini kimlər gətirməlidir? Qocalar? Yox, enerjisi tükənmiş təbəqə gənclər üçün gələcək "qura" bilməzlər. Onunçün də gənclər özləri öz gələcəkləri naminə mübarizə aparıb sivil,demokratik ölkə qurmalıdırlar.  


Valideynlərimizin gənclərin mübarizəsində, hüquqlarını tələb etməsində ciddi maneə olduğunu bir neçə dəfə facebok statuslarımda qeyd etmişdim. Blog açandan sonra bu mövzuda geniş yazmağı planlaşdırırdım. Anamla son telefon danışığım bu yazını yazmağımı sürətləndirdi. 

Turizm İnstitutunu məhkəməyə verəndə iddia ərizəsinin üstünə iki ünvan yazmışdım. Biri qeydiyyatda olduğum ünvan, biri də indi Bakıda yaşadığım ünvan. İki-üç gün  əvvəl anam zəng edib dedi ki, bəs məhkəmədən bildiriş gəlib ki, institutu məhkəməyə vermisən. Başladı dayanmadan danşmağa: 

- Sən nə işlə məşğulsan orda? Bəs deyil, universitetdən qovuldun, neçə gündən bir polislər gəlir evə.
Səni kimlər öyrədir, kimlərə arxayın olmusan? (Anam elə dedi elə bildim Qəbələdə ayı əti yeyirəm)

Mən: 
- Burda nə var ki? Hüquqi yolla haqqımı tələb edirəm. Məhkəmə hakimiyyətin üç qolundan biridir, burda qorxulası bir şey yoxdur. 

Anam: 
 - Sən bir univesitetdən qovulmusan, burdan da qovulasan, nə bilim, nə, nə, nə....!


Hakimiyyət nümayəndələri avtoritar təfəkkürlü valideynlərin övladlarının hərəkətlərinə necə reaksiya verəcəyini   yaxşı bilirlər. Ona görə hansısa bir gəncin müstəqil atdığı bir addımı maksimum valideyninə çatdırmağa çalışırlar ki, ilk növbədə valideyn gəncə təzyiq etsin, hərəkətinə görə peşman edib burnundan gətirsin. Yəni, valideynlə gənci üz-üzə qoyub hədəfdən yayınmaq istəyirlər. Bizim valideynlərimiz də bu oyuna gedir. 

Məhkəmə günü 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin işçisindən soruşdum ki:
 - Niyə Bakıda yaşadığım ünvana yox, Gəncəyə göndərirsiz? Bir də ordan Bakıya mənə qayıdır onsuzda.

Məhkəmə işçisi: 
 - (Hırıldıya-hırıldıya) Valideynlərinin bilməyindən qorxursan? 

Mən:
 - Onsuzda valideynlərin də, qohumlarım da məndən "əllərini üzüblər". Bildilər ya bilmədilər, fərqi yoxdur mənimçün. Sadəcə vaxt itkisidir. Gedir Gəncəyə, sonra neçə günə qayıdır yenidən Bakıya.  

Onda başa düşdüm ki, bu debillər yaxşı bilirlər valideynlərin əksinqilabçı olduğunu. Bu ölkədə valideynlər bir az gənclərin yanında olsaydılar, bəlkə çoxdan dəyişikliklər olmuş, demoktarik ölkə qurulmuşdu. Valideynlərin hansı təzyiq, çıxış etdiklərini təxminən hamımız bilirik. 

Valideynimlə danışanda mənə dedi ki, "Allah sənin ağlını əlindən alıb, səhv yola salıb". Dedim hansı səhv yoldayam? Adam öldürmüşəm, rüşvət almışam, universitetdən tələbə xaric etmişəm, hansısa gəncin cibinə nəşə atıb tutdurmuşam, təhsil haqqı qaldırmışam, büdcə vəsaiti mənimsəmişəm? Nə etmişəm axı? Haqqımı tələb edirəm də! Hüququ pozulan, haqqı tapdanan da mən, səhv yolda olan da mən? 

Təsəvvür edirsiz, Neft Akademiyasından qovulanda orta əsr təfəkkürlü icmamız (qohumlar, valideynlər, tanışlar) məni gunahkar çıxarmışdılar ki, "Hökumətlə hökumətlik etmək olmaz, sən kimsən ki nəyisə dəyişəsən". Yenə həmin situasiya. Mənə deyirlər ki, səhv yoldasan! :))

İndi adam bilmir YAPplanetlilərlə mübarizə aparsın, yoxsa ölkədəki iyrəncliklərə, haqsızlıqlara səsini çıxara bilməyən, ancaq özündə bir az cəsarət tapıb mübarizə aparmaq istəyən gənclərə təzyiq göstərməyi peşəyə çevirən valideynlərlə? 

No comments:

Post a Comment