Sunday 25 December 2011

Seymur Baycan Elçibəyin qisasını Fazil Qəzənfəroğludan necə aldı?

Seymur Baycanın "18,6 sm" romanından bir hissəni bloqumda paylaşmaq istəyirəm. Bu hissədə yazıçı bir vaxtlar müxalifətdə olan, sonradan deputat mandatını əqidəsindən üstün tutub hakimiyyətə satılan Fazil Mustafa Qəzənfəroğlu haqqında yazıb.


Buyurun oxuyun: 

YAS YERİNDƏN REPORTAJ

...Yuxudan  "Qaranlıq Azərbaycan" qəzetinin şef- redaktoru Şahvələd Çobanoğlunun zənginə oyanmışdım. Bu adamı çoxdan tanıyıram. 2003-cü il prezident seçkilərindən sonra müxalifətcilərə qarşı aparılan repressiyalara, işgəncələrə, həbslərə etiraz əlaməti olaraq bəyanat verib müxalifət sıralarına keçən jurnalistlərdəndir. Ortaboyludur. Gözləri qıyıq, sifəti kökdür. Daima qara rəngli köynək geyinir ki, bu da onu rus filmlərində orta asiyalı kriminal ünsürlərə bənzədir. Şef-redaktor məndən Fioletovka rayonuna getməyi, Həcc ziyarəti zamanı ölmüş Böyük Quruluş Partiyasının sədri, zəvvar Fazil Qəzənfəroğlunun yasından reportaj yazmağı xahiş etdi. Məsuliyyətsiz adam olduğumu, bir aydan sonra geri qayıdacağımı, malakanların yaşadığı rayonda doyunca veyillənəcəyimi bildiyi halda, yas yerindən reportajı yazmağı mənə həvalə etməsində, bir hikmət vardı...

Saturday 5 November 2011

Mənim polisim məni bezdirib || VIDEO

"Əəəə, demirəm dayanmaaa?!! Sür, sür, saxlama daaaa!!" 


Dünən Qafqazinfo.az saytından oxudum ki, Eurovision-a hazırlıqlar davam edir: "Bir neçə min xüsusi seçilmiş polis əməkdaşları kurslara cəlb edilib. Onlara “Kaspi”dil kurslarında müntəzəm şəkildə ingilis, fransız və digər əcnəbi dillər öyrədilir. Bundan başqa, “Eurovision”un təhlükəsizliyini qoruyacaq polis əməkdaşlarına davranış qaydaları ilə bağlı xüsusi təlimlər də keçirilir".

Bu xəbəri oxuyub fikirləşməyə başladım ki, görəsən belə asandır bu polislərə davranış qaydalarını əxz elətdirmək? Mitinqlərdə əlinə rezin əlcək geyinib vətəndaşları yumruqla vurmaqdan həzz alan Yaşar Əliyev, Səhlab Bağırov, Süleyman Nemətov bundan sonra davranış qaydaları öyrənəcəklər? Hələ ingilis fransız dilini demirəm. Orta məktəbi zorla bitirən polis nəfərləri xarici dil öyrənəsiymişlər bundan sonra. Elə şeylər etmək istəyirlər, belə çox gülməli =)) 

Saturday 29 October 2011

Heç jurnalist şərləyən deputat görmüşdüz? || VIDEO

Əvəz Zeynallı və Gülər Əhmədova

Bu gün YAPpilər "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallını həbs etdilər. Sentyabrın 20-dən gündəlik çıxmağa başlayan qəzet təxminən bir ay davamlı çıxa bildi. Xural qəzeti ölkə mətbuatında birbaşa İlham Əliyevi tənqid edən iki qəzetdən biri idi. Bu da bu hakimiyyətin dözümlülük səviyyəsi. Artıq pul bu hakimiyyəti o qədər harınladıb ki, müdafiə olunmaqlarına da ehtiyac görmürlər. Hələki... 

Bir ay davamlı çıxandan sonra əvvəl qəzetin əmlakını müsadirə etdilər, sonra da baş redaktorunu həbs etdilər. Əvəz Zeynallıdan əvvəl Eynulla Fətullayev həbs edilmişdi. Artıq həbslər insanları qorxutmur. Əvəz Zeynallının son yazısını oxuyanda bunu bir daha gördüm. Yazının başlığında hətta bu görsənir: Azərbaycan sənə qalib gələcək, İlham Əliyev!

Thursday 20 October 2011

Dövlətlə dövlətçilik etmək olmaz?

88-90-cı illər hərəkat mitinqləri
Bu yaxınlarda Kino Klubunda "Kağıt" filminə baxdıq. Filmi türk rejissor Sinan Çetin çəkib. Əsas ideya odur ki, elə qayda-qanunlar var onların heç bir əhəmiyyəti yoxdur, sadəcə kağız parçasından ibarətdir. Hətta ola bilər ki, bu kağız parçaları insanları bədbəxt edə bilər. Qanunlar ona görə yazılır, qəbul edilir ki, onlar vətəndaşların yaşayışını sadələşdirsin, rahatlaşdırsın. Ancaq bu tip qayda-qanunlar əksinə, vətəndaşların həyatına maneə yaradır, əlavə problemlər çıxarır, azadlıqlarını məhdudlaşdırır. 

Bizdə belə bir təfəkkür formalaşıb ki, qanun belədirsə, ona qarşı çıxmaq olmaz. Dövlət qəbul edib bunu. Yəni, "dövlətlə dövlətçilik etmək olmaz". Amma Azərbaycan kimi avtoritar ölkələrdə qanunlar hakimiyyətin, kralın vətəndaşları idarə etməsi üçün vasitədir. Elə bununçün də əksinə qanunlara, əhəmiyyətsiz qaydalara qarşı çıxıb, normal qanunların qəbuluna nail olmaq lazımdır. Necəki, köhnəlmiş qanunlar cəmiyyətin istəyi, tələbi ilə yenilənir, təkmilleşdirilir.

Saturday 1 October 2011

Analoqu olmayan neft ölkəsində təhsil pulsuz olmalıdır!

Təhsil haqlarının artması ilə bağlı qərar tələbəni boğur
"Təhsildə korrupsiya yox, leqal rüşvət" silsiləsindən II yazı

Rüşvət odur ki, müəllim tələbəni kəsir, sonra pul tələb edir və tələbənin qiymətini yazır. Leqal rüşvət odur ki, (bu dövlət universitetlərinə aiddir, çünki özəl universitetlər dövlət büdcəsindən maliyyələşmir və əsas gəlirləri təhsil haqqındandır)  təhsil ocağı bar-bar bağırır ki, bizdə rüşvət yoxdur. Amma tələbəni kəsmək üçün min hoqqadan çıxır (Turizm institutunda keçən semestr kafedra müdiri olan bir nəfər deyirdi ki, təxminən 1600 tələbənin ümumilikdə 7000 kəsiri var), sonra tələbəyə deyir ki, get bu bank hesabına (bu bank hesabı da bilinmir kimin hesabıdır, fiziki şəxsin hesabıdır, yoxsa hüquqi şəxsin), yaxud da dekan müavininə ödə, sonra yenidən kəsildiyin dərsi

Wednesday 28 September 2011

Təhsildə rüşvət necə leqallaşdırılır?

"Təhsildə korrupsiya yox, leqal rüşvət" silsiləsindən I yazı
 Bütün təhsil ocaqlarında olduğu kimi Turizm İnstitutunda da əsaslandırılmadan təhsil haqları artırılıb. Bu artımdan yalnız bu il ali məktəblərə qəbul olan tələbələr yox, əvvəlki illərdə təhsil alan tələbələr də əziyyət çəkəcək. Belə ki əvvəlki illərdə qəbul olan tələbənin kəsiri olacaqsa, növbəti dəfə dərs götürmək üçün instituta qəbul olduğu ildəki qiymətlərlə yox, bu ilki təhsil haqqının qiyməti ilə pul ödəyib təhsilini davam etdirə biləcək. Yox, pul ödəmirsə, institutdan xaric edilir. Budur dövlət institutu?

Müqayisə üçün deyim ki, Türkiyədə dövlət univesiteti olan Ankara Universitetində yerli tələbələr üçün təhsil haqqı

Saturday 17 September 2011

Xarici siyasətimizin prioritetləri || yerdəyişmə, dubinka, kurort...

Azərbaycanda tez-tez səfirlərin dəyişdiyini şahidi oluruq. Tək səfirlərin yox, ümumiyyətlə yerdəyişmə siyasəti İlham Əliyevin prioritetlərindəndir. İcra başçıları, səfirlər, "jek" müdirləri,  məktəb direktorları, nazir müavinləri, nazirlər... 

Dünən oxudum ki, Tamerlan Qarayev İndoneziyaya, İndoneziyadakı səfirimiz İbrahim Hacıyev isə Tamerlan Qarayevin yerinə səfir təyin edilib. Bu məlumatı oxuyandan sonra belə qərara gəldim ki, yəqin səfirlər İlham Əliyevdən xahiş edirlər: "cənab prezindent, buranı gəzdik, kurorta getdik, istirahət elədik, xahiş edirik, bizə şərait yaradın başqa ölkəyə gedib ahıl yaşımızda istirahətimizi davam etdirək." 

"Bazarbaycan Eurovision-a hazırlaşır..." silsiləsindən || FOTO

Bakıya yeni dayanacaqlar gətirilib. 2-3 il əvvəl 17 min AZN-ə başa gələn dayanacaqlar sökülüb, yeniləri ilə əvəzlənir. Yeni model dayancaqlardan biri Sahil bağında qurulmuşdu. Biz də yeni dayanacağı görən kimi sevincək onunla şəkil çəkdirmək qərarına gəldik. 
Sizcə yeni dayanacaqlarımız necədir?

Thursday 8 September 2011

Rauf Mardiyevin müridləri

#twitterdecavabverecem silsiləsindən II yazı
Raufun  twitter-dəki  hadisəyə səbəb olan postu

Son günlərin demək olar ki, ən çox danışılan söhbət "Bloqosfer"dəki "Mən buna twitterdə cavab verəcəm" hadisəsidir. İrəli əlində olan media resusrlarından istifadə edərək Raufu təmizə çıxartmaq istəyir, Bloqosferi isə günahkar çıxartmaq istəyirlər (Halbuki Bloqosfer təşkilatçılarının məsələyə dəxli yoxdur. Onlar kifayət qədər tərəfsiz qalmağa çalışırlar). Gah radiolarında kimlərisə danışırdırırlar, gah saytlarında münasibət alırlar, gah da bloqlarında yazırlar. Guya iştirakçı kimi münasibət bildirirlər. Hətta İrəlinin bir dahisi belə bir münasibət bildirib: Bu müxalif fikirli gənclərin dözümsüzlüyünün və qərəzliliyinin pərdələnmiş formada nümayişi. Bu irəliçi hətta müsahibəsində deyib ki, Rauf Bloqosferi klounada adlandırmayıb. Forum başlayanda "Klounada başlayır" yazmaq nə deməkdir bəs? 

Wednesday 7 September 2011

Raufun sürəti saatda neçə km-dir? VİDEO

#twitterdecavabverecem silsiləsindən I yazı

Bloqosfer forumundakı hadisələrdən yəqin hamının xəbəri var. Əsas hekayənin kökündə Rauf adlı şəxsin (raufun öz leksikonudur) öyrəncəli hərəkəti dururdu. Bu qocalmış baş katibin leksikonuna son dövlər bir söz düşüb, KLOUNADA. Özünün xəbəri yoxdur, dəhşət tapıntıdır. Yəqin dahi rəhbəri Ceyhunun “begemot” söhbətindən sonra ilhamlanıb o da “yaradıcılıqla” məşğul olmağa qərar verib(Ceyhun yəqin bundan sonra dahi rəhbərə şərik çıxdığına görə cəzalandırar müridini . Amma bilsəydi ki, bu yaradıcılığın sonu “qaçış” olacaq, əminəm ki, dahi rəhbərinin etdiyini təkrarlamazdı.

2-3 gün əvvəl Mehmanla Raufun bloquna baxırdıq ki,

Friday 26 August 2011

Saxta mandatın "ədaləti"

Cabbar Savalanlı və Bəxtiyar Hacıyev
Gülər Əhmədovanın beynəlxalq kampaniyası

Dünən oxudum ki, Gülər Əhmədova gənclərin həbsdən azad olunması ilə bağlı kampaniyaya başlayıb. Özüdə beynəlxalq kampaniya =) =)Öldüm gülməkdən.  Kampaniya Britaniyada həbsdə olan gənclərin azadlığa buraxılması ilə bağlıdır. Saxta mandatın ədalətinə baxın bir.

Gülər Əhmədova Azərbaycanın, yoxsa Britaniyanın deputatıdır?

Deputat deyir:

Sunday 21 August 2011

Avtobusu, taksini idarə edə bilməyənlər dövlət idarə edə bilərmi?


Badımcan taksilər gündə 70 manat plan verir?

Azərbaycanda vətəndaşların böyük əksəriyyəti ictimai nəqliyyatdan
narazıdır. Əsas da sürücülərin davranışlarından, nəqliyyat
vasitələrini idarəetmələrindən. Təbii ki, bu probləmlərin səbəbkari
nəqliyyat nazirliyi və onun strukturlarıdır. Ancaq onların heç vecinə
də deyil bu probləmlər. Çünki, bu hakimiyyət seçkilər yolu ilə
formalaşmayıb, ona görə də xalqın qarşısında özünü öhtəlik götürmüş hökumət
kimi görmür. Keçək əsas məsələyə..

Friday 12 August 2011

Gəncədən gəlirəm üstüm toz-torpaqdır...// FOTO-VİDEO

Beş-altı günlük istidən qaçıb, sakitliyə getmişdim guya. Gəncəyə axşam saatlarında çatdım deyə yeni icra başçısının əl işlərini tam görə, dərk edə bilmədim. Özü biraz sürrealistdir. Sənətini qavramaq üçün vaxt lazımdır.

Səhər qohum-qardaş dedi ki, şəhərdə genişmiqyaslı sökuntulər gedir. Şəhərə çıxdım, “yenidənqurma”nın miqyası məni dəhşətə gətird. Elə mərkəzi küçə yoxuydu ki, “abadlıq”, “yenidənqurma“ olmasın. Elə yaşayış binası yoxuydu ki, həyətində balkonun söküntüsü olmasın. Plansız, insanlar nəzərə alınmadan, yollar bərbad gündə...

Wednesday 20 July 2011

Hakimiyyətlə, yoxsa valideynlərlə mübarizə aparaq?

Azərbaycanda valideynlər gənclərin demokratiya uğrunda fəaliyyətlərinin qarşısını almaqçün hər vasitəyə əl atırlar. Ürəklərində, evdə, kiçik çevrələrdə hakimiyyətin əleyhinə danışan, pıçıldaşan, YAParteidlərdən narazı olan bu təbəqə gənclərin avtoritarizmə qarşı etdiyi hərəkətlərə gələndə onu ciddi cəhdlə əngəlləməyə çalışırlar. Belə də əsaslandırırlar ki, "övladım mənim canım-ciyərimdi, istəmirəm ona ziyan gəlsin". 


Hər kəs öz övladını çəksin ki, istəmirəm övladım ziyan çəksin. Bəs onda kim mübarizə aparmalıdır, kim fəaliyyət göstərməlidir? 
Bu ölkənin gələcəyini kimlər gətirməlidir? Qocalar? Yox, enerjisi tükənmiş təbəqə gənclər üçün gələcək "qura" bilməzlər. Onunçün də gənclər özləri öz gələcəkləri naminə mübarizə aparıb sivil,demokratik ölkə qurmalıdırlar.  

Tuesday 19 July 2011

"Cəhənnəmin təsviri" - Pier Paolo Pasolini

Məhşur italyan rejissioru Pier Paolo Pasolinin "Kenterberi hekayələri" (The Canterbury Tales) filmindən "Cəhənnəmin təsviri" hissəsini sizlərlə paylaşıram.  


Tuesday 12 July 2011

“Virtual aləm gənclərin azad söz məkanıdır” / Azadlıq qəzetindəki müsahibəm

170 gənclər təşkilatı bu ölkədə nə iş görür?

«Azad Gənclik» 170-də birdir, ya 10-da bir?
Azərbaycanda 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Onların sayı çox olsa da, az tanınırlar. Maraqlıdır, ölkədə Gənclər Təşkilatının fəaliyyəti üçün hansı şərait var və bu təşkilatlar fəaliyyətlərini istədikləri kimi qura bilirlərmi? Yaxud da Azərbaycan kimi avtoritar bir ölkədə gənclər dəyişiklik uğrunda mübarizəyə qoşulmaq üçün kimdənsə icazə almağa ümid edirlərmi? 
Müsahibimiz “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənlidir:

- “Azad Gənclik” kimi iddialı bir adla siyasi həyata atılmış bir təşkilat olaraq, fərqli nələri təklif edirsiniz? Nədən, bu 170-dən biri olmaq sizi bu qədər həvəsləndirib?

- “Azad Gənclik” təşkilatı bu ilin yanvar ayında bir qrup gənc tərəfindən təsis olundu. Təşkilatın əsas məqsədi  Azərbaycanda demokratikləşmə prosesində gənclərin iştirakına nail olmaqdır. Indiyə qədərki fəaliyyətimiz mühazirələr, film nümayişləri təşkil etmək, kitaba, qəzetə, ümumilikdə mütaliəyə marağın artırılması üçün fleş-moblar, müxtəlif gənclər qruplarıyla diskussiyalar keçirmək, videosorğular, roliklər hazırlamaq, müxtəlif ictimai-siyasi hadisələrlə bağlı keçirilən aksiyalarda iştirak etməkdən ibarət olub. Indi Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsində

Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin e-mail kampaniyası

Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi e-mail kampaniyasına başlayır. Kampaniyanın məqsədi beynəlxalq təşkilatları siyasi həbslərlə bağlı məlumatlandırmaq və onların diqqətində saxlamağa nail olmaqdır. 

Məlumatlar ilk növbədə Avropa parlamentinin  Avropa Şurası Parlament Assambleyasının üzvlərinə göndərililəcək. 

Siz də kampaniyaya dəstək verin və iştirakçı olun. Aşağıdakı mətnləri müvafiq olaraq Avropa parlamentinin  Avropa Şurası Parlament Assambleyasının üzvlərinə göndərin. Siz yalnız mətni və e-mailləri öz e-mailinizə copy-paste edib göndərin. 

Diqqət! AP-a və AŞPA-ya göndəriən mətnlər fərqlidir deyə dəyişik salmayın. 

Başlıqların (subject) eyni olması vacibdir!
Subject: Support the cause of young political prisoners of Azerbaijan


  
Avropa parlamentinin üzvlərinə bu mətni:


Wednesday 6 July 2011

Şortikdə məhkəməyə giriş qadağandır?!

11 mart gənclərin aksiyasında həbs olunanlardan biri də mən idim. 7 sutka inzibati həbs almışdım. "Polisin qanuni əmrlərinə tabe olmamaq" maddəsi ilə :)). 
Aprel ayında Turizm İnstitutunda sessiyamız başlayanda məni 2 fəndən imtahana buraxmadılar. Əsas da gətirdilər ki, 11-18 mart ayında qaiblərim imkan vermir imtahana girməyə. Dekanla neçə dəfə danışdım, başa salmağa çalışdım ki, mənim o dərslərdə iştirak etməməyimin səbəbi var. Məhkəmə qərarını instituta verdim. Yenə buraxmadılar. Rektorda biganə qaldı məsələyə. Nəticə, İntiqam bəylə məsləhətləşib məhkəmə şikayət etməli oldum.  

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iyulun 5-i saat 11:30-da məhkəmə təyin etdi. saat 11:30-da  getdim katibliyə, hakim Sevinc Abdiyevanın köməkçisi məni şortikdə görüb dedi ki, 
"belə məhkəməyə girmək olmaz. şortikinizi dəyişib, şalvar geyinib gəlin, hakimə hörmətsizlikdir bu. Qadınlar var, qızlar var." 

Bizim məhkəmələrin

Friday 1 July 2011

Ümumilli paraddakı hərbi texnikanın "propka"ya düşməsi

26 İyunda keçirilən hərbi paradda polisin sadə vətəndaşlara davranışı və "xammer"lərin probkaya düşməsi. Düz yolda probkaya düşən "xammer"lərimiz, "BTR"lərimiz döyüşdə hada düşəcək görəsən?

"Bakı Eurovision-a hazırlaşır" silsiləsindən

Azərbaycan Eurovision yarışmasına hazırlaşır. şəhərin hər yerində söküntü, qazma işləri gedir. Bu da hazırlığın bir hissəsidir. Kanalizasiyadan pox-püsürü çıxardıb yolun ortasına axıdırlar. Məkan: PiderTV-nin arxasındakı yol.


Tuesday 28 June 2011

07-yə oxşayan BTR-lərimiz və müxalifətçiləri izləyən pilotsuz təyyarələrimiz






26 İyun Milli Ordu Günündə hərbi parad keçirildi. Paradı dostumla pAzTV-dən izlədik. Hərbi texnika Azadlıq Meydanından keçəndə Elvinlə həm həyəcan keçirirdik ki, bu dəqiqə ya hansısa kamazın, BTR-in təkəri altından çıxacaq, ya da tankın, BMP-nin tırtılı qırılacaq və ermənilərin yanında biabır olacıq. Nə olsun ki, texnikanın təkərləri naşərabla qaraldılmışdı? O qədər təkəri kola, naşərab ilə qaraldılmış 07-nin təkəri altından çıxıb ki.

Bir tərəfdən də bizi gülmək tutmuşdu ki, bu qiriq-şaqqax, tustusundən cin hürkən, Azadlıq Meydanındakı pAzTV operatorlarını hallandıran tank, BMP, BTR, kamazlarla ermənilərə xox gəlirik?


Əksinə, gülməli vəziyyətə düşürük. Guya hələ parada çıxarılan texnika, silah müasirlər, yeni alınmışlar idi. Parada çıxarılan silahlar bu vəziyyətdədirsə, onda görün döyüş xəttində olan silahlar nə gündədir. Motorları yağ yeyən, tüstüsü pAzTV kadrlarından gözümüzə girən maşınlarla müharibə edəcəyik?

Yaparteidlər Rusiyadan, Belarusdan köhnə, istifadə müddəti başa çatmaqdan olan silahları, təyyarələri, vertolyotları alırlar. Azərbaycan ancaq maliyyənin həcmini artırır, keyfiyyəti yox.

Yaparteidlər özlərinə ermənilərdən daha çox müxalifətçiləri, müxalif düşüncəni düşmən hesab edirlər. Ona görə də ən müasir texnikanı orduya yox, müxalifətçilərin cinsi əlaqəsini, masurbasiyasını çəkmək, telefon danışıqları dinləmək üçün alırlar.

Hərbi paradda xüsusi təyinatlı dəstələr keçən diktor deyir: "bunlar da daxili sabitlik üçündür". Müxaliftçilər üçün tək xüsusi təyinatlılar yoxuydu paradda. Yadınızdadırsa, zaparojestlərimiz İsraildən pilotsuz təyyarələr almışdı. Bunlar erməniləri izləmək üçün yox, müxalifətçiləri daha yaxşı izləmək, hardan hara getdikləri daha dəqiq bilməkçün alınıb. Onsuzda İlham Əliyev də bilir ki, müharibə olası deyil. Ondansa elə yararlı cihazlar, silahlar almaq lazımdır ki, müxalifətə qarşı istifadə edə bilsinlər.

Bəlkə yaparoidlər indiyə qədər müxalifətçilərə edilən təzyiqlər, sanksiyalar qədər ermənilərə təzyiq, sanksiya etsəydilər, Qarabağı alıb öz həyətyanı sahələrinə çevirərdilər. Sadəcə əsas "düşmən" imkan vermir ki, vermir.